Fransa Səfiri məşhur Azərbaycan yazıçısını qəbul edib [fr]

İyul ayının 22-də Fransa Səfiri cənab Zakari Qross, məşhur Azərbaycan yazıçısı Çingiz Abdullayevi və qızı Nərgiz Abdullayevanı Fransa igamətkahında qəbul edib.

Cənab Abdullayev beynəlxalq səviyyədə tanınmış detektiv romanların müəllifidir, kitabları bir çox dillərə, o cümlədən fransız dilinə tərcümə edilmişdir.

Görüş zamanı cənab Abdullayevin ədəbi uğurlarından və Fransa-Azərbaycan dostluğundan danışıblar.

Minnətdarlıq əlaməti olaraq, cənab Abdullayev Səfirə romanlarından birinin avtoqraf yazılmış nüsxəsini hədiyyə edib.

publié le 24/07/2020

haut de la page