Fransa Səfiri Bakının 132-134 nömrəli məktəbində [fr]

14 yanvar tarixində 132-134 nömrəli məktəb Fransa Səfiri cənab Zakari Qrosu tamaşaya dəvət etdi. Bu tamaşa, məktəbin frankofon yönlü olmasının 15 illiyinə həsr olunub və bu münasibətlə fevral ayında təqdim olunacaq.

Məktəbdə 2 700 şagird fransız dilini 1-ci və ya 2-ci xarici dil kimi, xüsusilə özəl intensiv fransız dili bölməsində (3 yaşdan etibarən təxminən 500 məktəbli) öyrənir.

Məktəbin direktoru xanım Sara Xanlarova, Fransa Səfirliyinin və Fransız İnstitutunun 1998-ci ildən etibarən fransız dilinin tədrisinə göstərdiyi dəstəyin önəmini xatırlatdı. O, həmçinin, məktəbdə ikidilli bölmələr yaradaraq fransız dilinin tədrisini daha da gücləndirmək niyyətində olduğunu bildirdi.

publié le 17/02/2020

haut de la page