Fransa Respublikasının sabiq Prezidenti cənab Jak Şirakın xatirəsinin yad edilməsi. Azərbaycan Prezidenti və vitse-Prezidenti tərəfindən matəm kitabının imzası [fr]

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Respublikasının keçmiş Prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı vermək üçün sentyabrın 27-də Fransa səfirliyinə gəliblər. Fransa Səfiri cənab Zakari Qros Prezident və Birinci vitse-Prezidenti qarşıladı. Cənab Əliyev və Xanım Mehriban Əliyeva matəm kitabını imzaladılar.

Səfir Zakari Qros daha sonra Prezident və Birinci vitse-prezidentlə qısa söhbət etdi. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevlə Fransa Respublikasının sabiq Prezidenti Jak Şirak arasındakı dostluq və ölkələrimiz arasında tərəfdaşlığın inkişafındakı töhfələri xatırlandı. Jak Şirakın "Heydər Əliyev" ordeni ilə təltif olunması qeyd olundu. Azərbaycan ilə Fransa arasındakı mövcud ikitərəfli münasibətlərin bəzi məqamlarından da bəhs edildi.

Link: https://bit.ly/2nOP4uI

Foto - Azərtac

publié le 02/10/2019

haut de la page