Fransa Respublikasının Dövlət Katibi UFAZ-da


Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət Katibi Jan-Mari Lö Quenin səfəri zamanı (11 yanvar tarixində ) Strasburq Universitetinin Prezidenti Mişel Deneken və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının iştirakı ilə universitet əməkdaşlığına dair anlaşma, həmçinin David Alis tərəfindən təmsil olunan Ren 1 Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Strasburq Universiteti arasında üçtərəfli niyyət məktubu imzalanmışdır.
Dövlət Katibi, həmçinin Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarov ilə birlikdə Fransız-Azərbaycan Universitetinin tələbələri ilə görüşmüşdür.

15 sentyabr 2016-cı ildə fəaliyyətə başlayan UFAZ-da hal hazırda 141 tələbə qeydiyyatdan keçmişdir. Tələbələr azərbaycanlı və fransız müəllim heyəti tərəfindən ingilis dilində tədris olunan 4 bakalavr ( Kimya, Geofizika, Neft və Qaz mühəndisliyi və İnformatika elmləri ) ixtisası üzrə təhsil alırlar.
Photo / © AzerTac

JPEG
JPEG
JPEG

JPEG - 168.6 ko
Photo / © AzerTac
JPEG - 109.4 ko
Photo / © AzerTac
JPEG - 93 ko
Photo / © AzerTac
JPEG - 114.5 ko
Photo / © AzerTac

publie le 13/02/2017

hautdepage