Fransa Prezidenti / Dağlıq Qarabağ haqqında bəyanat

Fransa Prezidenti Dağlıq Qarabağda təmas xəttində baş vermiş ciddi hadisələr nəticəsində mülki şəxslər də daxil olmaqla çoxsaylı insan tələfatı ilə bağlı dərin narahatlığını bildirir.

Bu ən ciddi və qanlı hadisələrdir və bu münaqişə 1994-cü ildə əldə olunmuş razılaşmadan bəri artıq 30 000-dən çox insanın həyatına son qoymuşdur.

Fransa Prezidenti hər iki tərəfi təmkinli olmağa, dərhal, tam və davamlı atəşkəsə riayət olunmasına çağırır. Əsas prioritet vəziyyətin sakitləşməsidir.

Bu məsələdə danışıqlardan başqa yol yoxdur. 2014-cü ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərini Parisdə qəbul etmiş Respublika Prezidenti münaqişənin ən qısa zaman ərzində sülh yolu ilə həllinə sadiq olduğunu bir daha bəyan edir.

publie le 13/04/2016

hautdepage