Fransa Naxçıvanda "Avropa Şəhərciyində" iştirak edir [fr]

Şənbə 22 və bazar 23 sentyabr 2018-ci il tarixlərində, Fransa, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Naxçıvanda təşkil olunmuş Avropa Şəhərciyində iştirak etdi. Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyi, Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrası və Campus France-ın Azərbaycan bürosuyla birlikdə Fransız stendinə ev sahibliyi etdi.

Çoxsaylı iştirakçılar, dünyada fransız dilinin rolu, bizim Naxçıvandakı linqvistik və mədəni tərəfdaşlığımızın müxtəlifliyi, eləcə də, turizm üçün imkanlar və Fransada təhsil barədə məlumat əldə etdilər.

Bu tədbir zamanı, Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Müşaviri və Fransız İnstitutunun direktoru Cənab Yoan Şiterer, Avropa İttifaqı üzv ölkələrinin təxminən on beş nümayəndəsinin iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Cənab Vasif Talıbovla və iqtisadiyyat aləminin bir çox şəxsiyyətləriylə görüşmüşdür.
O, həmçinin, 3 nömrəli məktəbin şagirdləri və Naxçıvan Özəl Universitetinin tələbələri ilə görüşərək, Fransanın Avropa İttifaqındakı rolu haqqında məruzə verdi.

Bu barədə digər mətbuat xəbərlərini oxumaq üçün bura daxil olun.

publié le 16/10/2018

haut de la page