Fransa İnkişaf Agentliyi (FİA) [fr]

Fransa İnkişaf Agentliyi (FİA) ölkənin inkişaf siyasətinin mühüm iştirakçısıdır. Agentlik inkişaf edən və etməkdə olan ölkələrdə, dənizaşırı ərazilərdə xalqların konkret olaraq gündəlik rifahlarını yaxşılaşdıran layihələrdə fəaliyyət göstərir.

Energetika, səhiyyə, biomüxtəliflik, su, rəqəmsal, təlim sahələrində çalışaraq, FİA fəaliyyəti dayanıqlı inkişaf məqsədlərinə və iqlimə dair Paris razılaşmasına tam uyğundur. 85 Agentliyi ilə dünyanın 115 ölkəsində olmaqla, FİA hal-hazırda 4000-dən çox layihələri müşayət edir. 2019-cu ildə, Agentlik 14.1 milyard avro maliyyə vəsaiti ayırıb.

« Yaşıllıq və həmrəylik » inkişafının təşviqi mandatı çərçivəsində 2012-ci ildən etibarən FİA Azərbaycanda fəaliyyətinə icazə verildi. Şərq Qonşuluq İnvestisiya Platforması çərçivəsində Avropa kreditləri və qrantların köməyi ilə ölkəyə dəstək ola bilər.

Bu gün 273 milyon avro dəyərində olan layihələr əsasən dəmir yolunun inkişafı sahəsinə yönəlib və digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılır.

Azərbaycanda FİA hal-hazırda aşağıdakı layihələrə dəstək verir:

2015-ci ildə suveren kredit vasitəsilə iki ədəd lokomotiv deposunun tikintisi.

2018-ci ildən etibarən dəmir yol sektorunun inkişafı proqramı çərçivəsində Asiya Inkişaf Bankı ilə birgə maliyyə vəsaitilə Bakı ilə Yalamanı birləşdirən Şimal-Cənub dəmir yol xəttinin təmiri.

2019-cu ildən etibarən eyni proqram çərçivəsində Azərbaycan Dəmir Yollarının borcunun restrukturasiya

Daha ətraflı : https://www.afd.fr/fr/page-region-pays/azerbaidjan

publié le 03/08/2020

haut de la page