Fransa Geopolitika İnstitutunun (Paris 8) Bakıya səfəri

Paris 8 Universiteti Fransa Geopolitika İnstitutunun (İFG) nümayəndələri cənab Kevin Limonie - məruzəçi müəllim və xanım Elena Mak - geopolitika üzrə doktorant, 2018-ci ilin aprel ayının 4-dən 8-dək bir neçə azərbaycanlı tərəfdaşlar ilə akademik və elmi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Azərbaycanda səfərdə oldular : Avrasiya Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Diplomatik Akademiyası (ADA).

İnstitutun nümayəndələri həmçinin araşdırma, mütəxəssis mübadiləsi və nəşr sahəsində mümkün əməkdaşlıq imkanlarını öyrənmək üçün, Azərbaycan Stratejik Araşdırmaları Mərkəzinin direktoru cənab Fərhad Məmmədov ilə də görüşdülər.

Cümə 13 aprel tarixində Fransız İnstitutunda (http://www.ifa.az/fr ) Campus France Azərbaycan agentliyinin birgə əməkdaşlığı ilə, İnstitut nümayəndələri azərbaycanlı tələbələrə Paris 8 Universitetində təhsil imkanlarını təqdim etdilər.

publié le 17/04/2018

haut de la page