Avropa Tvinninq proqramını

Fransa sosial sahədə artıq dördüncü dəfədir ki, Avropa Tvinninq proqramını qazanır (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2010-2012 və 2014-2016-cı illərdə 2 tvinninq müqaviləsi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə 2010-2012-ci ildə).
Bu tvinninq proqramının məqsədi, iqtisadi böhranın Azərbaycana ciddi təsiri kontekstində zəruri tədbir olan pensiya sisteminin islahatlarını təşviq etmək olacaq.

Fransa Milli Pensiya Sığorta, Fransa Ekspertiza və pensiya məsləhətləri Şurasının nümayəndələrindən idarət olan heyət fevralın 24-ü dinləmələrdən keçmişdir. Bakıda gələcək rezident müşavir təyin olunan cənab Yan Deplan 2016-cı ilin mayında başlayan və iki il davam edəcək Tvinninq proqramının həyata keçirilməsini əlaqələndirəcək.

Xatırladaq ki, bu il sosial məsələlər sahəsində Fransa-Azərbaycan əməkdaşlığı öz on illik yubileyini qeyd edir.

publie le 08/04/2016

hautdepage