Fransa-Azərbaycan sazişlərin imzalanma mərasimi

İşgüzar nahardan sonra hər iki Prezident Fransa və Azərbaycan arasında kosmik sahədə əməkdaşlıq, su şəbəkəsinin idarə edilməsi və aeronotik avadanlıqlarla bağlı üç sazişin təqdimatı və imzalanması mərasimində iştirak etmişlər.

Ən müasir texnologiyalara əsaslanan bu sazişlər ikitərəfli əlaqələrin mükəmməl inkişafına öz töhfəsini verir.

CNES/AZERKOSMOS :

Azərkosmos ASC ilə Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) arasında kosmik sahədə əməkdaşlıq fəaliyyəti üzrə çərçivə sazişi

Anlaşma Memorandumu : CNES və Azərbaycanın milli peyk operatoru olan Azərkosmos aşağıdakı sahələr üzrə elmi-texniki əməkdaşlıq sazişi imzalamışlar: məsafədən zondlama və əlaqədar tətbiqlər, kosmik elm və fəzanın tədqiqi, kiçik peyklər, kosmik texnologiya və tədqiqatlar, beynəlxalq nizamnamə məsələlərinin koordinasiyası, kosmik qanunvericilik.

SUEZ:

1. Azərbaycanın milli su şirkəti olan Azərsu ASC ilə praktiki təlim və nou-hau müqaviləsi.
Müqavilə: Azərsu və Suez şirkəti arasında bağlanmış Praktiki təlim, nou-hau ötürülməsi müqaviləsinə 2 saylı əlavə.

Azərbaycanın su şirkəti ilə 2014-cü ildə imzalanmış müqavilənin ikinci hissəsinin imzalanması. Bu müqavilə iki il müddətinə bağlanır və özündə praktiki təlim, Abşeron yarımadasının su və kanalizasiya sisteminin təhlili, həmçinin su sayğaclarının məsafədən ölçülməsi, əməliyyatlara real vaxt regimində nəzarət (SCADA), ağıllı sensorlar və duzun elektrolizi vasitəsilə hipoxlorit dezinfeksiya kimi innovativ pilot layihələrin həyata keçirilməsi kimi xidmətləri əhatə edir.

2. Sumqayıt şəhərinin kanalizasiya və su paylanması xidmətlərinin idarə olunmasının Azərsu tərəfindən Suez şirkətinə həvalə edilməsi

Anlaşma Memorandumu : Sumqayıt şəhər perimetrində kanalizasiya və su paylayıcı xidmətlərinin idarə olunmasının Suez şirkətinə həvalə edilməsi barədə gAnlaşma Memorandumunun imzalanması

THALES :

Mülki aviasiya sahəsində əməkdaşlıq.

Anlaşma Memorandumu : Thales və Azərbaycan Hava Yolları şirkətləri arasında radarlar, uçuş zamanı bort əyləncə sistemləri və kibertəhlükəsizlik sahəsində sənaye əməkdaşlığı. Thales və Azərbaycan Hava Yolları

Mülki aviasiya sahəsində əməkdaşlığı gücləndirməyi qərara aldılar. Bu məqsədlə onlar Fransa ilə Azərbaycan arasında indiyədək mövcud olmayan sənaye əməkdaşlığı həyata keçirəcəklər.

Photo/ © Azertac.
Photo/ © Azertac
Photo/ © Azertac.

publie le 03/09/2018

hautdepage