Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş işgüzar görüşdə səfirin iştirakı

Fransa-Azərbaycan Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş aylıq işgüzar görüş noyabrın 25-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin iştirakı ilə keçirilib. Səfir iki dövlət arasında, eləcə də Avropa ilə əlaqələrin inkişafında və tənzimlənməsində Dövlət Gömrük Komitəsinin mühüm rolunu qeyd edib. O, həmçinin ikitərəfli ticarət əlaqələrin inkişafını və bu əlaqələrin daha da şaxələnməsinin əhəmiyyətini vurğulayıb.

publié le 11/12/2019

haut de la page