Fransa Avropa Şəhərciyində [fr]

Şənbə günü, 2 iyun tarixində, Fransa Bakı Bulvarında təşkil olunmuş Avropa Şəhərciyində iştirak etdi.

Mari-Antuanetta və XIV Luinin böyük portretləri, Château Margot şərabının nəhəng maketi, breton və alzaslı kostyumundakı heykəl manekenlər (Fransa-Azərbaycan Tvinninqi şərəfinə) Azərbaycanda Fransız İnstitutu tərəfindən təşkil edilmiş Fransa mövzusu üzrə məşğələlərə bir rəngəranglıq qatdılar:

-  Fransız dilinə giriş

-  Kulinariya nümayişi : Paris Bistronun aşbazı tərəfindən tartar steykinin hazırlanması

-  Fransa mədəniyyəti haqqında bilgi yarışması

Texniki Universitetin 3-cü kurs tələbəsi və Kampus Fransın (Campus France) Azərbaycandakı ilk səfiri Məsud Hüseynov tərəfindən canlandırıldı.

publie le 07/06/2018

hautdepage