Frankofoniya həftələrinin bağlanış mərasimi

Azərbaycanda Frankofoniya həftələri şənbə günü 14 aprel 2018-ci il tarixində, Landmark otelində, qastronomiya və musiqi işarəsi altında başa çatdı : Mərakeşdən gələn « Maalem Houssam Gania Band » ənənəvi musiqi qrupu bu münasibətlə səhnəyə çıxdı.

Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldaviya, Meksika, Rumıniya, İsveçrə və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi aprelin 1-dən 14-dək otuzdan çox tədbiri Azərbaycan ictimaiyyətinə təqdim etdi : frankofon film festivalı, çoxsaylı sərgi, konfrans, Birinci Frankofon Universtet forumu, konsert və müsabiqələr fransız dilini, Frankofoniya coğrafiyasının müxtəlifliyini (https://www.francophonie.org/-84-Etats-et-gouvernements) və Frankofoniya Təşkilatının üzv dövlətlərinin paylaşdıqları dəyərləri (insan hüquqları, gender bərabərliyi, ifadə azadlığı) təşviq etmək üçün təşkil olundu.

Frankofoniya həftələri Azərbaycan Fransız İnstitutu, Landmark Otel, YARAT Müasir İncəsənət Mərkəzi, Cinema Plus, Bakı Frankofon Assosiasiyası, Art Council təşkilatı, Milli İncəsənət Muzeyi, Gəncə şəhəri, İsveçrə Turizm agentliyi və “Gənclik” şahmat klubunun dəstəyi ilə həyata keçirildi.

Frankofoniyanın məqsədi və fəaliyyətləri haqqında ətraflı məlumat üçün : https://www.francophonie.org/-Qu-est-ce-que-la-Francophonie-.html

Foto - Azərtac

Ambassadrice de France en Azerbaïdjan, Aurélia Bouchez / Photo Azertaj

publie le 17/04/2018

hautdepage