Frankofoniya Həftələrinin bağlanış mərasimi

Frankofoniya Həftələri şənbə günü, 22 aprel tarixində Landmark Oteldə təşkil edilmiş bayram şənliyi ilə yekunlaşmışdır. Tədbirdə iştirak edən 10 ölkənin səfirləri (Belçika, Misir, Fransa, Yunanıstan,Macarıstan,Litva, Mərakeş, Meksika, Rumıniya və İsveçrə) gələn çoxsaylı publikaya öz ölkələrinin qastronomiyasını təqdim etdilər.

Fransa Səfirliyi, Azərbaycandakı Fransız İnstitutu və Beynəlxalq Frankofoniya Təşkilatının üzv və müşahidəçi ölkələrinin tərəfdaşlığı ilə keçirilən Frankofoniya Həftələri, Azərbaycanda 1-22 aprel tarixləri ərzində davam etmiş və bu müddət ərzində 30-dan çox tədbir təşkil edilmişdir.

publie le 25/04/2017

hautdepage