Frankofon ifadələr [fr]

Fransız dilində paylaşdlğımız ifadələri əksəriyyətiniz bəyənir. Dünya üzrə fransız dilinin müxtəlifliyini sizinlə bölüşmək üçün digər frankofon ölkələrdə işlədilən frankofon ifadələrinə dair bir sıra yeni paylaşımlar hazırlamışıq.

Bu seriyadan ilk paylaşımı Fransanın qonşu ölkələrindən biri olan Belçikada işlədilən ifadəyə həsr etmişik. «Être bleu de quelqu’un» ifadəsi. Gördüyünüz qısa video vasitəsilə Belçikanın Azərbaycandakı səfirliyinin birinci müşaviri cənab Döni Naets sözü gedən ifadənin mənasını açıqlayır.

publié le 29/04/2021

haut de la page