France Alumni Azərbaycan internet saytinin rəsmi təqdimatı

Fransada təhsil almış keçmiş məzunlar, Azərbaycan Təhsil nazirliyinin, Azərbaycan universitetlərinin və şirkətlərinin nümayəndələri, Strasburq Universitetinin Rektoru Cənab Mişel Deneken və Ren 1 Universitetinin Rektoru Cənab David Alis, yanvarın 10-da, France Alumni Azərbaycan internet saytının (www.azerbaidjan.francealumni.fr) rəsmi təqdimatı ilə əlaqədar olaraq Muğam Mərkəzində tədbirə qatılmışdılar.

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf nazirliyi 2015-ci ildə France Alumni (www.francealumni.fr) - Fransada təhsil almış xarici məzunların sosial şəbəkəsini yaratmışdır.

Bu şəbəkə dünyada sayı 50 000-dən çox olan üzvünü bu gün bir araya gətirir.

Artıq 70 ölkədə sayt fəaliyyətə başlamışdır. Bu gün isə növbə Azərbaycanındır. Keçmiş məzunlar artıq Fransada təhsil almış Azərbaycanlıları bir yerə toplayan şəbəkədə iştirak etmək imkanı əldə edəcəklər.

JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 24/01/2017

hautdepage