Foto-müsabiqə "Üstəlik, mən fransız dilində danışıram!"

Bakıda Frankofoniya həftəsibaşlayır ! Martın1-dən aprelin 22-nə qədər, Beynəlxalq Frankofoniya Təşkilatına üzv ölkələrin mədəniyyətləri ilə tanış olmaq üçün Bakıda müxtəlif tədbirlər təşkil olunur.

Frankofoniya 2017-nin proqramını gözləyənə qədər, Fransız İnstitutu tərəfindən start verilmiş "Üstəlik, mən fransız dilində danışıram!" foto-müsabiqəsində iştirak edin.

Parisə səyahət qazanmaq və Paris hava limanında yayımlanacaq Fransız İnstitutunun reklam kampaniyasının iştirakçısı olmaq üçün "Üstəlik, mən fransız dilində danışıram!" afişası ilə şəklinizi çəkin (afişanı saytdan yükləyə və çap edə bilərsiz) və sayta yerləşdirin : https://www.etenplusjeparlefrancais.fr/

Müsabiqə 1 martdan 30 aprelə qədər davam edəcək.

JPEG
JPEG

publie le 16/03/2017

hautdepage