Fevral ayı üçün reseptimiz - Blinçik [fr]

Səfirliyin aşpazının Şandelör (la Chandeleur) bayramı münasibəti ilə hazırladığı ən yaxşı blinçikin reseptini sizə təqdim edirik.

Şandelör (la Chandeleur) bayramı həmişə 2 fevralda qeyd olunur. Əvvəllər şam bayramı adlandırardılar, bu bayram Fransada çox populyardır, çünki çoxlu blinçik yeməklə zövq alırlar!

JPEG

Hazırlıq müddəti : 10 dəqiqə
Bişirmə müddəti : 5 dəqiqə
Ümumi vaxt : 15 dəqiqə

Ərzaqlar

JPEG

• 4 yumurta
• 200 qr un
• 500 ml süd
• 60 ml su
• 1 ədəd şəkərli vanil
• 1 çay qaşığı duz
• 20 q kərə yağı

Hazırlanması

1. Bir qaba ələkdən keçirilmiş unu tökün.
2. Unun ortasına yumurtaları, duz və vanil əlavə edin (və ya şəkərli vanil).
3. Əridilmiş yağı əlavə edin.
4. Süd və suyu əlavə edərək qarşıdırın
5. Maye və hamar bir xəmir alınır. Soyuducuda 2 saat və ya bir gecə saxlayın.
6. Blinçik tavasını və ya böyük tavanı qızdırın.
7. Tavanı yağlayın və blinçik çömçəsi ilə xəmiri tökün (tava isti olmalıdır), blinçiki çevirib digər tərəfini bişirin

JPEG

8. İstədiyiniz şəkildə bəzəyin (şəkər, cem, şokolad və s.)

JPEG

Nuş olsun!

publié le 02/02/2021

haut de la page