«Fantaziya» festivalına həsr olunmuş press-konfrans

19 sentyabr tarixində Landmark otelində Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi və Avropa Birliyi üzvü olan ölkələrin səfirlikləri, həmçinin Meksika, Moldova və Mərakeşin səfirlikləri ilə birgə təşkil olunan «Fantaziya» festivalına həsr olunmuş press-konfrans keçirilib.

«Avropanın mədəni irsi ili» çərçivəsində keçiriləcək bu tədbirdə, konsertlər, sərgilər, film nümayişləri və s. təşkil olunacaq. Press-konfransda Fransanın Azərbaycandakı səfiri Xanım Oreliya Buşez Fransanı təmsil edəcək lahiyə haqqda məlumat verdi. Bu lahiyə Fransız İnstitutunun və Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə, bu ilin yanvar ayında gerçəkləşən "İdeyalar gecəsi" (La Nuit des Idées) proyektinin davamıdır. «Fantaziya» festivalının məqsədi – sənət adamları və memarları fikir mübadiləsi üçün bir araya toplamaq və şəhər memarlığının qorunmasıdır.

Photos - Elchin Murad / Photoreporter
Report Information Agency

publié le 26/09/2018

haut de la page