Fantaziya festivalı çərçivəsində UFAZ-da konfrans [fr]

Avropa Birliyi Nümayəndəliyi tərəfindən təşkil olunan Fantaziya Festivalı çərçivəsində, Fransa Səfirliyi, Fransız İnstitutu Institut Français d’Azerbaïdjan və UFAZ üç fransız memarını Bakıya dəvət etdi : Florans Babik, Dominik Larpən (Ecole de Chaillot, Paris) və Narine Tyutçeva (Re School, Moskva). Memarlar 7 noyabr tarixində, bu konfrans çərçivəsində memarlıq irsinin qorunması üzrə bir neçə layihə təqdim etdilər.

Bundan başqa, mütəxəssislər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbələrinə irsi mirasın mühafizəsi və bərpasında Chaillot məktəbinin istifadə etdiyi prinsip və təsvirləri təqdim etdilər. Onlar təqdimatlarını, dünya üzrə həyata keçirilən bərpa nümunələrinin, xüsusən Kambocada Angkor Wat Məbədi və Moskvada Memarlıq Muzeyinin illustrasiyaları ilə tamamladılar.

L’Ecole de Chaillot məktəbinin əsası, 1887-ci ildə, Fransız Abidələri Muzeyinin yaradılması ilə qoyulmuşdur. Məktəbin məqsədi, binalar və qorunan sahələrdə qədimi irsi memarlıq üzrə təsdiq olunmuş memarlar hazırlanmasıdır və iki il müddətinə, alternativ (qiyabi) təhsil proqramları təklif edir.

2018-ci ilin sentyabr ayında, rusdilli memarlara fransız məktəbinə uyğun təhsil vermək məqsədilə Moskva şəhərində Chaillot məktəbinin filialı olan Re School yaradılmışdır.

Tarixi mirasın qorunub saxlanılması sahəsində bu təqdimat Azərbaycan tərəfi tərəfindən maraqla qarşılanmışdır.

publié le 06/12/2018

haut de la page