Fransız dili kurslarına qeydiyyat

Dil kursları bütün yaş həddləri : uşaqlar (6 yaşından etibarən), tələbələr və işləyən şəxslər üçün nəzərdə tutulur.
Kurslara qeydiyyat ildə təxminən 3 dəfə: sentyabr, dekabrın sonları və mart-aprelin əvvəlləri aparılır
Bir sessiya 11-12 həftə davam edir, bu müddət ərzində 46 saatlıq proqram təklif olunur.
Bir sessiyanın (23 dərsin) qiyməti – 160 AZN, günorta dərslərinin qiyməti isə 130 AZN
Dərslər həftədə 2 dəfə keçirilir, hər dərs 2 saat davam edir. Dərslərin günlərini kursların direktoruna müraciət etməklə qeydiyyat zamanı dəqiqləşdirə bilərsiniz.
Dərslərin təklif olunduğu saatlar

Səhər vaxtı
Günorta vaxtı
Axşam vaxtı

14.00-16.00
18.30-20.30+Çərşənbə günü 18.30 / Şənbə günü 15.00

1015-12.15
16.15-18.15

Dərslər Azərbaycanda Fransa İnstitutunda (Füzuli küçəsi 67) ünvanında keçirilir.

Fransız dili kursları 9 səviyyədən ibarətdir.
A, B, C səviyyələri – ilkin səviyyə
D, E, F səviyyələri – orta səviyyə
G, H, I səviyyələri – yüksək səviyyə hesab olunur.
C, F, və I səviyyələrində imtahanları uğurla verən tələbələrə sertifikat təqdim olunur.
Səviyyələr fransız əlifbasına uyğun adlandırılır.

Sertifikat almaq üçün kursların direktoruna müraciət edə bilərsiniz. 012 596 34 90 və ya ifa.bakou.francais@gmail.com

Qeydiyyat adətən sentyabr, dekabr və mart-aprel aylarında aparılır.
İlkin səviyyələr üçün uşaq qruplarının açılması əsasən sentyabr ayında nəzərdə tutulur. Buna baxmayaraq, kifayət qədər tələbələrin olduğu halda uşaq və yeniyetmələr qruplarının açılması mümkündür.

Əlavə məlumat üçün fransız dili kurslarının direktoruna müraciət etməniz təklif olunur.
Ülfət İbrahim : 012 596 34 90 və ya ifa.bakou.francais@gmail.com

publie le 14/01/2016

hautdepage