Ermənistan və Azərbaycan sərhədindəki hadisələr (27.05.21) [fr]

Fransa Ermənistanla Azərbaycan arasında sərhəddə insidentlərin artmasından dərin narahatlığını bildirir. Sonuncusu 2021-ci il mayın 26-dan 27-nə keçən gecə Azərbaycan silahlı qüvvələri tərəfindən 6 erməni hərbiçisinin əsir götürülməsidir.

Fransa tərəfləri son dərəcə təmkinli olmağa və hər hansı bir təxribatdan çəkinməyə çağırır. İki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası, yerdəki hər hansı bir hərəkətlərlə deyil, tərəflər arasında aparılan danışıqların bir hissəsi olaraq həyata keçirilməlidir.

Fransa Respublikasının Prezidentinin 13 may tarixli bəyannaməsini xatırladırıq.

publié le 15/06/2021

haut de la page