Ermənistan - Azərbaycan : «Dörd günlük müharibənin» sonunda əldə olunmuş atəşkəsin 1-ci il dönümü

2016-cı ilin aprel ayının 2-dən 5-dək Dağlıq Qarabağda baş vermiş və regionun əhalisini matəmə bürümüş hərbi əməliyyatlardan artıq bir il ötür. Minsk Qrupunun həmsədri kimi, Fransa rus və amerikalı həmkarları ilə döyüşlərin dayandırılmasını və Ermənistan ilə Azərbaycan arasında danışıqların yenidən bərpası üçün səfərbər olmuşlar.

Fransa bir daha əmin olduğunu bildirir ki, Dağlıq Qarabağın hazırkı statusu qəbul edilməzdir və münaqişənin hərbi yolla həlli yoxdur.

O, tərəfləri 2016-cı il mayın 16-da Vyanada və 2016-cı il iyunun 20-də Sankt-Peterburqda götürülmüş öhdəliklərə, yəni, atəşkəs rejiminə hörmət, etimad tədbirlərinin həyata keçirilməsinə və danışıqların bərpası ilə bağlı razılaşmalara hörmət etməyə çağırır. Fransa prezidentinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu yaxınlarda Parisdə keçirdiyi görüşlərində də xatırlatdığı kimi, Fransa bütün regionun rifahı və stabilliyi naminə bu münaqişənin danışıqlar yolu ilə və davamlı həllinə tam sadiqdir.

publie le 25/04/2017

hautdepage