Emmanuel Makronun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə işgüzar naharının mətbuat açıqlaması (press-reliz) [fr]

Fransa Respublikasının Prezidenti cənab Emmanuel Makron, 20 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi işgüzar naharda qəbul edib.

Nahar zamanı, iki ölkənin Prezidentləri Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin ümumi mövzularına toxunublar. Prezident Makron, 1918-ci ildə yaranan ilk Azərbaycan Demokratik Respublikasının yüzilli münasibətilə Bakıya gələn Fransa Respublikasının Avropa və Xarici İşlər Naziri cənab Jan-İv Lö Drianın 27 may 2018-ci il tarixindəki səfərini xüsusuilə xatırladıb. O, mədəniyyət və təhsil sahəsində ikitərəfli əməkdaşlığın, o cümlədən, Bakı Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin nailiyyətlərini yüksək qiymətləndirib.

Müzakirə zamanı, Dövlət başçıları Azərbaycanın qarşısında duran problemlərdən söz açıblar. Prezident Makron Azərbaycan Respublikasının Prezidentinə, Fransanın İnsan Hüquqları üzrə Avropa Konvensiyasına nə qədər bağlı olduğunu söyləyib.

Emmanuel Makron, Prezident Əliyevi ilin sonuna qədər imzalana biləcək Azərbaycanla Avropa İttifaqı arasında yeni əməkdaşlıq müqaviləsinin perspektivini dəstəklədiyi barədə əmin edib. O, həmçinin, Prezident Əliyevə təsdiq edib ki, Fransa, iqtisadiyyatını şaxələndirmək istiqamətində göstərdiyi səylərdə Azərbaycanı müşayiət etməyə hazırdır.

Ölkə prezidentləri su idarəçiliyi, aeronaviqasiya avadanlıqları və kosmik əməkdaşlığı üzrə üç Fransa-Azərbaycan müqaviləsinin təqdimatına qatılıblar. Nəhayət, Prezidentlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Minsk Qrupunun həmsədri olan Fransa, bölgəyə davamlı sülhün gətirilməsi üçün xüsusi bir məsuliyyət daşıyır. Fransa Prezidenti qeyd edib ki, bu münaqişənin sona çatması və bölgənin bütün xalqları üçün faydalı olması üçün yeganə variant olan danışıqlar vasitəsilə həll yolunun tapılması üzərində işləməyə davam edəcək.

O, iyulun 11-də Brüsseldə Ermənistan və Azərbaycan Xarici Işlər Nazirlərinin görüşünü alqışlayıb. Respublika Prezidenti vəziyyəti yaxından izləməyə davam edəcəyini, Rusiya və Amerika həmsədrləri ilə məsləhətləşmələrdə həll prosesini inkişaf etdirə biləcək hər bir təşəbbüsü göstərəcəyini qeyd edib.

publie le 06/08/2018

hautdepage