Emanuel Makron, Fransa Respublikası Prezidenti

May ayının 14-ü 2017-ci ildə Fransa Respublikası prezidenti Emanuel Makron 5 il müddətinə prezident oldu. O, bu vəzifədə olan Fransua Ollandı əvəz etdi və 5-ci Respublikanın 8-ci prezidenti seçildi.

JPEG

Tərcüməyi-hal

Emanuel Makron 21 dekabr 1977-ci ildə Amyəndə anadan olub. (Som departamenti)

Nazir vəzifəsi

• İqtisadiyyat, Sənaye və Rəqəmsal Naziri, 2014 - 2016-cı il

Dövlət qulluğu

• Elisey sarayında Baş Katibin köməkçisi, 2012 - 2014-cü il

Karyera

• Rotşild və Kompaniya Bankında rəhbər vəzifə, 2011-2012-ci il
• Biznes konsultantı, 2008 - 2011-ci il
• Maliyyə müffətişi, 2004 - 2008-ci il

Təhsil

• Fəlsəfə üzrə Master dərəcəsi (Paris X-Nanter Universiteti)
• Paris Politologiya Universitetinin məzunu
• Dövlət idarəçiliyi Məktəbinin məzunu (Leopold Sedar Senghor buraxılışı, 2002-2004)

Beşinçi Fransa Respublikasinin əvvəlki Prezidentləri

• Fransua Olland, (2012-2017)
• Nikola Sarkozi (2007-2012)
• Jak Şirak (1995-2007)
• Fransua Miteran (1981-1995)
• Valeri Jiskar Destən (1974-1981)
• Alən Poe (1974 - Müvəqqəti - aprelin 2-dən -mayın 19 kimi)
• Jorj Pompidu (1969-1974)
• Alən Poe (1969 - Müvəqqəti - aprelin 28-dən -iyunun 20 kimi)
• Şarl Dö Qol (1959-1969)

publie le 30/05/2017

hautdepage