Elvin Adıgözəl Marsel Beynəlxalq Kino Festivalında (FİD Marsel)

Azərbaycanlı rejissor Elvin Adıgözəl Marsel Beynəlxalq Kino Festivalının 29-cu buraxılışı (10-16 iyul 2018) münasibətilə Premier Film kateqoriyası üzrə seçilmiş « Reporting from Darkness » filminin dünya üzrə ilk nümayişini təqdim etmək üçün fransız ictimaiyyətinin qarşısına çıxmışdır. Fransız-azərbaycan (Caracteres Production, Memuars Film) birgə istehsalı olan bu filmdə Azərbaycanın qərb rayonlarının birində jurnalist-müxbir Kərimin həyatından bəhs edilir. O, Bakıda fəaliyyət göstərən baş redaktoru və eyni zamanda dostu Ömərin göstərişləri altında işləyir və öz ailəsi ilə darıxdırıcı bir həyat sürür. Daha sonra Kərim, yenicə təyin edilmiş baş redaktorla görüşmək üçün Bakıya yola düşməli olur. Orada, dostlarının sürdüyü həyatın reallıqları ilə üzləşir.

Televiziyada işlədiyi vaxtlarda Elvin Adıgözəl bir sıra qısametraj filmlər çəkib : Beyond the Hills (2014), Chameleon (2013), İn Fog (2010), She (2009), Reversion (2008). O, Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə 2017-ci ilin noyabr ayında Nantes şəhərində təşkil olunmuş Produire au Sud seminarlarında və 2018-ci ilin may ayında, yenə Azərbaycan Fransız İnstitutunun dəstəyi ilə, Cinéfondationun hər il Kan Kinofestivalı çərçivəsində keçirdiyi « yaradıcılığa dəstək platforması » seminarlarında Yaşar layihəsi ilə iştirak etmişdir.
1989-cu ildən etibarən hər il FİD Marsel, Marsel Beynəlxalq Film Festivalı 200-dən artıq sənədli, bədii, qısa və ya uzunmetrajlı filmlər təqdim edir. Onların arasında 35 film rəsmi müsabiqə proqramı, 160-dan artıq film isə paralel (tematik və yayınlanmamış retrospektivlər) proqramlarında nümayiş olunur.

publie le 01/08/2018

hautdepage