ENA, xarici dövlət məmurları və rəsmiləri üçün açıq olan üç uzunmüddətli təlim kurslarına iştirakçı qəbulu elan edir [fr]

• Beynəlxalq Uzunmüddətli Təlimlər (CIL) (müddəti: 12 ay + 2 ay – istəyə bağlı*) gənc yüksək vəzifəli şəxslərə və ya gələcək yüksək vəzifəli şəxslərə ünvanlanır. Bu təlimlər, "Dövlət qurumlarının ünsiyyəti", "Avropada İctimai Fəaliyyət" və "Ümumi Dövlət İdarəçiliyi" üzrə üç peşəkar magistr kursları təqdim edir. Bu kurslar, ENA tərəfindən Fransanın nüfuzlu universitetləri ilə tərəfdaşlıqda təşkil olunmuşdur: Paris CELSA; Paris 1 Panthéon-Sorbonne və Strasburq Universiteti.

• Beynəlxalq İnkişaf Kursu (CİP) (müddəti: 8 ay, yüksək vəzifəli şəxslərə ünvanlanmışdır). Bu təlim ENA tərəfindən Paris 1 Panthéon-Sorbonne Universiteti və Strasburq Universiteti ilə ortaq olaraq təşkil edilən "İdarəetmə və Beynəlxalq Münasibətlər" və "Dövlət İdarəçiliyi və Maliyyə" mövzularında iki peşəkar magistr kursları ilə birləşdirilir.

• Regional İdarəetmə İnstitutlarının Beynəlxalq təlimləri (CiIRA) (müddəti: 8 ay, bacarıqlarını genişləndirmək və ya möhkəmləndirmək istəyən gənc orta vəzifəli məmurlar üçün nəzərdə tutulmuşdur). Regional İdarəetmə İnstitutları xarici məmurların təhsil aldıqları müddətə paralel olaraq magistr dərəcəsi hazırlamaq imkanlarını da təklif edir.

(*) Magistrlik dissertasiyasının müdafiəsi

Təlimlərə qeydiyyat www.ena.fr saytı vasitəsi ilə aparılır. Qeydiyyat müddəti : 16 oktyabr - 15 noyabr 2019: https://candidature-formation.ena.fr/registration/action364/info/

publié le 30/10/2019

haut de la page