"DokuBaku - 2018" festivalında birinci yerə fransız rejissorun filmi layiq qörülüb

Bu il "DokuBaku" festivalının "Ən yaxşı qısa metrajlı sənədli film" nominasiyasında birinciliyi Dimitri Martin Jenodonun "Şumovanın Mantar böcəyi" adlı filmi qazanıb.

Film münsiflər heyətini qeyri-adi estetikliyi, mesajın həssaslığı və həyata keçirilməsinin texniki və bədii ustalığına qörə təsirləndirdi.

Filmin rejissoru Praqadan İnternet vasitəsiylə öz minnətdarlığını göndərdi.
"Ən yaxşı bədii film" bölməsində isə əsas mükafatı danimarkalı rejissor Frederik Solberqin "Doel" filmi aldı.

2017-ci ildə gənc azərbaycanlı kinematoqrafçılar tərəfindən təsis edilən "DokuBaku» festivalı, öz müstəqilliyi ilə fərqlənir, və bu iddialı filmlərin seçilməsində öz əksini tapır.
Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda fəaliyyət qöstərən Fransız İnstitutu ilk dəfə bu festivalın təşkilinə dəstək veriblər. 2019 ildə Fransa öz tərəfdaşlığını daha da gücləndirəcək.

https://www.dokubaku.org/

http://www.ifa.az/fr/

JPEG

publié le 06/12/2018

haut de la page