Diplom və sertifikatlar

TCF – Fransız dili Testi Fransız dili səviyyəsini müəyyən edən bu test, Fransa Təhsil Nazirliyi tərəfindən verilən və iki il müddətində qüvvədə olan sertifikatla təsdiqlənir.
Daha ətraflı məlumat üçün : http://www.ciep.fr/tcf/presenta.php

TCF imtahanlarına yazılma tarixləri :
7 – 18 dekabr 2015
16 – 26 fevral 2016
11 – 22 aprel 2016
Qeyd: Yazılma zamanı şəxsiyyət vəsiqəsi və fotoşəkil tələb olunur. Ödənilən pul geri qaytarılmır.

DELF (Fransız dili diplomu) və DALF ( Mükkəmməl Fransız dili diplomu) Fransız dili bacarıqlarını təsdiq edən və Fransa Təhsil Nazirliyi tərəfindən verilən 6 rəsmi diplomdur. Hər diplom tamamilə müstəqildir. Səviyyənizdən asılı olaraq birbaşa seçdiyiniz imtahana yazıla bilərsiniz.
Daha ətraflı məlumat üçün : http://www.ciep.fr/delfdalf/index.php

Yazılma tarixləri :
DELF Junior (17 yaşadək məktəblilər üçün) :
2 – 12 noyabr 2015
2 -12 fevral 2016
4 -13 may 2016
DELF bütün yaş dərəcələri üçün (hamı üçün) :
2 – 12 noyabr 2015
2 -12 fevral 2016
4 -13 may 2016

TEF (Fransız dili üzrə qiymətləndirmə Testi) : Paris Ticarət və Sənaye Palatasının fransız dili üzrə ümumi testi. İmtahanlar tələb olunarsa keçirilir.

TEF haqqında ətraflı məlumat : www.fda.ccip.fr/examens

Yazılma tarixləri :
15 – 23 oktyabr 2015
12 – 22 yanvar 2016
7 – 20 aprel 2016

TEFAQ (Qvebek üçün adaptə olunmuş Fransız dili üzrə qiymətləndirmə Testi) :
Paris Ticarət və Sənaye Palatası tərəfindən hazırlanmış və yayılan TEFAQ testi, Qvebek immiqrasiya Nazirliyi tərəfindən qəbul olunur və rəsmi immiqrasiya etmək istəyənlər üçün nəzərdə tutulur. TEFAQ fransız dili üzrə şifahi anlama və ifadə bacarıqlarını qiymətləndirir.

Yazılma tarixləri :
15 – 23 oktyabr 2015
12 – 22 yanvar 2016
7 – 20 aprel 2016

Bütün məlumatlar üçün Ülfət İbrahimova müraciət edin : 012 596 34 90 və ya ifa.bakou.francais@gmail.com

https://www.facebook.com/institutfrancaisbakou/?fref=ts

https://www.facebook.com/ifa.bakou?fref=ts

publie le 14/01/2016

hautdepage