Dekabr ayı üçün reseptimiz : Madlen [fr]

Əziz azərbaycanlı dostlar,

Yeməklərin reseptlərini kəşf etmək və ya kulinariya zövgünüzu müxtəlifləşdirmək istəyirsiniz?

Onda fransız mətbəxinin yeni qaçılmaz reseptlərini hər ay kəşf etmək üçün bizim sosial şəbəkələrimizi izləyin.

Bu gün Yeni il əvvəli, Madlen (Madeleines) adlı fransız ənənəvi kiçik şirniyyatın reseptini sizə təqdim edirik.

Asan və tez hazırlanan klassik bir reseptdir, hətta uşaqlarla belə hazırlamaq olar.

JPEG

Hazırlanması: 30 dəq.
Bişirilməsi: 10-12 dəq.

JPEG

Ərzaqlar:

-  125 qr. un
-  3 ədəd yumurta
-  140 q. şəkər tozu
-  135 q. kərə yağı
-  50 q. yağsız süd (5 cl)
-  5 q. maya (1 çay qaşığı)
-  2 çay qaşığı duru bal
-  1 çimdik duz
-  2 çay qaşığı limon qabığı
-  vanil (istəsəniz)
-  1 xörək qaşığı duru yağ

1. Kərə yağını əridin və soyudun.
2. Bir qabda yumurtaları, şəkər tozunu, limon qabığını, duzu, bal və vanili tam ağarana qədər mikserlə qarışdırın.
3. Duru yağ, qabartma tozu ilə unu ələkdən keçiririk və qarışdırıb əlavə edin.
4. Əriyən ilıq kərə yağını əlavə edin, bir daha qarışdırın.

JPEG

5. Sonra süd əlavə edin və qarışdırın.

JPEG

6. Streclə üstünü örtün soyuducuda ən azı 1 saat və ideal olaraq 1 gecə saxlayın.

7. Formaları kərə yağı ilə yağlayın.

JPEG

8. Sobanızı 180 dərəcədə qızdırın.
9. Formaları 80% doldurun.

JPEG

10. 10 - 12 dəqiqə bişirin.
11. Sobadan götürən kimi formalardan çıxardın.

Nuş olsun!

publié le 30/12/2020

haut de la page