Dağlıq Qarabağ - Mətbuat katibinin bəyanatı (26 noyabr 2020)

Senat 25 noyabr tarixində Fransa hakimiyyəti tərəfindən öz müstəqilliyini elan etmiş Dağlıq Qarabağ Respublikasının tanınmasına çağıran bir qətnamə qəbul etdi. Səsvermədən öncəsi müzakirələr zamanı Turizm, Xaricdəki Fransızlar və Frankofoniya üzrə Dövlət Katibi cənab Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb: Fransa öz müstəqilliyini elan etmiş Dağlıq Qarabağ Respublikasını tanımır.

ATƏT-in Minsk Qrupunun həmsədri kimi məsuliyyətimiz Dağlıq Qarabağ münaqişəsinin, xüsusən Dağlıq Qarabağın gələcək statusu məsələsində danışıqlar yolu ilə həll olunmasına çalışmaqdır və bu danışıqların nəticəsi əvvəlcədən və birtərəfli qaydada müəyyən edilə bilməz. Bu prioritetimiz son bir neçə həftə münaqişə nəticəsində köçkünlərin təhlükəsiz qayıtmasını təmin etmək olmalıdır. Dövlət katibi Senata müraciətində bu günə qədər heç bir dövlətin Dağlıq Qarabağı tanımadığını bir daha qeyd etdi.

Dəyərlərinə və sülh naminə öhdəliklərinə sadiq qalan məsul bir ölkə olan Fransa, bu çərçivədə bölgə xalqları üçün ləyaqət və təhlükəsizlik tələblərilə münaqişənin davamlı bir şəkildə həllinə qərarlı olaraq qalır. Fransa Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək üçün əlindən gələni etməyə davam edəcəkdir. Minsk Qrupunun həmsədrliyi çərçivəsində, 9 noyabrda imzalanan atəşkəs razılaşmasının ardından müzakirə ediləcək olan bütün parametrlər, xüsusən də münaqişə zamanı göndərilən xarici muzdluların geri dönməsi və ya bölgənin tarixi və mədəni irsinin qorunması məsələsində calışmağa sadiq qalacaq.

Biz həmçinin Avropa və Xarici İşlər Nazirliyinin 22 noyabr tarixli press-relizində təsvir edilmiş, münaqişədən əziyyət çəkən əhali üçün həyata keçirilmiş strukturlaşdırılmış humanitar yardım fəaliyyətini də xatırladırıq.

publié le 27/11/2020

haut de la page