DİQQƏT

JPEG Viza şöbəsi Fransada mütamadi məşkunlaşan və müxtəlif vətəndaşlığı olan ailələrin, xüsusilə də, yetkinlik yaşına çatmamışuşaqları ilə Azərbaycana gəlib-gedən fransız-azərbaycan ailələrinin nəzərinə aşağıda göstəriləni çatdırır. Belə ailələr, uşağı Azərbaycan ərazisindən çıxaranda çətinliklə qarşılaşmamaq üçün, Fransadan çıxmazdan qabaq,yaşadıqları yerin Prefekturasından yetkinlik yaşına çatmamış uşaqüçün azyaşlıəcnəbinin səyahət sənədi (DCEM), və ya Respublika şəxsiyyət vəsiqəsi (TİR) almalıdırlar. Bu sənəd Fransada anadan olmuş və qanuni orada yaşayan əcnəbi azyaşlılar üçün müvəqqəti yaşayış sənədi sayılır.

Bu şərtlərlə, Azərbaycan vətəndaşı kimi (Azərbaycan pasportu ilə) Azərbaycan ərazisinə vizasız daxil olmuş yetkinlik yaşına çatmamış uşaq, azərbaycan pasportu və etibarlılıq müddəti qaydada olan səyahət üçün əcnəbi azyaşlı uşağa verilən sənəd (DCEM), və ya Respublika şəxsiyyət vəsiqəsi (TİR) ilə Azərbaycanı tərk edə bilər.

Azyaşlı əcnəbinin səyahət sənədi (DCEM) və ya Respublika şəxsiyyət vəsiqəsi (TİR) olmayan uşaqlara Azərbaycan ərazisini tərk etmək icazəsi verilməyəcək.

Bu halda, viza şöbəsinə uzunmüddətli viza müraciəti etməli və səlahiyyətli fransız hakimiyyət orqanlarının Fransaya qayıtmaq icazəsini gözləmək lazımdır.

publie le 14/03/2014

hautdepage