DAP-Sarı dosye (İlkin Qəbul Müraciəti) proseduru / Son müraciət tarixi : 17/01/2021 [fr]

Fransada memarlıq məktəbinə qəbul üçün sənəd göndərmək istəyirsiniz ?

DAP-Sarı dosye (İlkin Qəbul Müraciəti) prosedurundan keçmək mütləqdir !

Ali təhsilin birinci ilindən beşinci ilinədək memarlıq məktəbinə qeydiyyat, İlkin Qəbul Müraciəti, başqa sözlə DAP-Sarı dosye adlanan proseduru altında aparılır.

30 May 2013-cü il tarixli, 2013-446 saylı fərmanla irəli sürülən DAP (İlkin Qəbul Müraciəti), Fransa Dövlət Memarlıq Diplomu almaq üçün memarlıq məktəbinə daxil olmaq istəyən Azərbaycanda yaşayan bütün azərbaycanlı və xarici tələbələr üçün məcburi bir prosedurdur (qəbul, birinci kursdan beşinci kursa qədər hər bir təhsil ili üçün bu prosedur vasitəsilə həyata keçirilir).

Bu prosedur çərçivəsində yalnız iki memarlıq məktəbi seçə bilərsiniz.

Memarlıq təhsilinin beş akademik ilinin heç bir ili üçün müraciətlər birbaşa memarlıq məktəblərinə yox, mütləq şəkildə DAP-Sarı dosye prosedurunun təqviminə uyğun olaraq Azərbaycanda Campus France bürosuna təqdim edilməlidir.

Aşağıda DAP-Sarı dosye prosedurunun blankını, eləcə də « İzahedici qeydlər » sənədini yükləyə bilərsiniz :

Le formulaire d’admission préalable / İlkin qəbul müraciəti blankı
Notice explicative « dossier jaune » / « Sarı dosye » izahedici qeydləri

Aşağıdakı təqvimə riayət etmək vacibdir :

01/11/2020 : prosedurun açıq elan olunması ;

17/01/2021 : Campus France Azərbaycan bürosuna sənədlərin təqdim olunması üçün son tarix ;

28/02/2021 : Campus France müsahibəsindən keçmək üçün son tarix ;

15/05/2021 : müəssisələrin pedaqoji komissiyalarının qərarının verilməsi üçün son tarix ;

30/05/2021 : tələbənin son qərarı.

Nəzərinizə çatdırırıq ki, sənədlər 17 yanvar 2021-ci il tarixindən əvvəl Azərbaycanda Fransız İnstitutunda yerləşən Camps France bürosu üzrə koordinator - Mədinə Mollayevaya təqdim olunmalıdır (Fransa Səfirliyinin ünvanına yox) :

Ünvan :

Campus France Azərbaycan bürosu :

Füzuli küçəsi 67, AZ1014 Bakı, Azərbaycan
İş vaxtları : I-V günlər 9 :00-13 :00 / 14 :00-18 :00
E-mail : bakou@campusfrance.org ;
Tel : +994 12 596 35 80 ; +994 55 428 54 89

JPEG

publié le 10/12/2020

haut de la page