Bakı Kitab Mərkəzində « Connaissance et Mémoire » kitab evinin yaradıcısı Katrin Kormeri ilə görüş.

Bakı Kitab Mərkəzi, cümə axşamı 25 oktyabr tarixində « Connaissance et Mémoire » kitab evinin yaradıcısı xanım Katrin Kormeri ilə görüş keçirərək, Fransa ilə əməkdaşlıqda bir addım daha atdı. Görüşdə, Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez və Heydər Əliyev Fondunun icraçı direktoru cənab Anar Ələkbərov da iştirak etdilər.

« Connaissance et Mémoire » kitab evinin nəşr etdiyi kitablar müstəsna bir keyfiyyətə malikdirlər və 17-ci əsrin texnikiları üzrə, Fransanın ən yaxşı sənətkarları tərəfindən hazırlanırlar. Onlar mütəmadi olaraq, Fransa Hakimiyyəti tərəfindən yüksək səviyyəli şəxslərə hədiyyə olunurlar.

publié le 29/11/2018

haut de la page