Campus France Azərbaycan « A2 Fair » sərgisində

Fransa ali təhsilinin təşviqi yönündə aparılan fəaliyyətləri çərçivəsində, Campus France Azərbaycan « A2 Fair » sərgisində, xaricdə ali təhsil almaq istəyən azərbaycanlı tələbə və şagirdlərini qəbul etdi.

Azərbaycanda Fransız İnstitutu tərəfindən dəstəklənən Campus France Azərbaycan, təhsili Fransada davam etdirmək sisteminin bir neçə üstünlüklərini təqdim etdi:

-  Fransada, 70 fransız universitetlərinin hər hansı birində təhsil almaq pulsuzdur;

-  Fransa biznes və idarəetmə məktəbləri nüfuzlu beynəlxalq reytinqdə ilk sıralarda yer alır;

-  Fransada xeyli ingilis dilində təhsil proqramları mövcuddur: Fransada aldığı təhsilin sonunda, azərbaycanlı tələbə hər iki beynəlxalq dili mükəmməl mənimsəyir.

-  Fransız dilinin mənimsənilməsi Fransada oxumağın yeganə şərti deyil. Ancaq, bu dili bilmək diplom almaq imkanlarını daha da genişlədir, əsasən, həm ingilis həm də fransız dilində aparılan təhsil müəssisələrinin diplomlarına, anqlo-sakson universitetlərinin ikili diplomlarına keçidi asanlaşdırır.

Fransanın Azərbaycandakı Səfirliyi hər il azərbaycanlı tələbələrə təhsil təqaüdləri verir. Bu təhsil təqaüdləri, Fransada fransız dilində oxumağa gedən tələbələr üçün nəzərdə tututlur.

Fransada təhsil almağa hazırlaşan və fransız dilini öyrənmək istəyənlər üçün, Fransız İnstitutu ölkədə ən sərfəli qiymətə fransız dili kursları təklif edir (3 aylıq kurs üçün 160 AZN). Dərslər Fransada Magistratura və Doktorantura dərəcələri almış müəllimlər tərəfindən keçirilir.

Əlavə məlumat üçün:

-  Fransada təhsil: Batist Minyo, Universitetlərarası Əməkdaşlıq üzrə məsul şəxs. baptiste.mignot@diplomatie.gouv.fr

-  Fransız İnstitutunda dil kursları: Natiq Mürsəlov, Fransız İnstitutunun baş katibi. mursalov_natig@yahoo.fr

-  Fransız İnstitutu: (012) 596 35 80

JPEG
JPEG

publie le 12/05/2016

hautdepage