Campus Art France 2021-ci tədris ilinin başlanması üçün Fransada incəsənət, moda, dizayn, musiqi, kino, mədəni irs, memarlıq, ... təhsili üçün onlayn müraciətlər açıq elan olunur ! [fr]

Campus Art France 2021-ci tədris ilinin başlanması üçün Fransada incəsənət, moda, dizayn, musiqi, kino, mədəni irs, memarlıq, ... təhsili üçün onlayn müraciətlər açıq elan olunur !

İncənət, moda, dizayn, musiqi, memarlıq və s. üzrə ixtisas üçün onlayn müraciət sessiyası 28 Fevral 2021-ci il tarixinə qədər qədər CampusArt şəbəkəsinin saytında açıqdır.

CampusArt, Fransa Milli Təhsil, Ali Təhsil, Tədqiqat və İnnovasiya, Xarici İşlər və Mədəniyyət Nazirliklərinin dəstəyi ilə, Campus France Agentliyi tərəfindən idarə olunan incəsənət və memarlıq sahəsində təhsil verən fransız ali müəssisələrinin şəbəkəsidir.

www.campusart.org internet səhifəsi (müəyyən şərtlər altında) şəbəkəyə üzv olan məktəblər tərəfindən təklif olunan vizual sənətlər, memarlıq, kino, mədəni irs, dizayn, vizual ünsiyyət, moda, musiqi, interyer memarlıq, 3D animasiya, ... kimi təhsil proqramlarına hazırlıq sinifləri, magistratura, doktorantura pillələrində ixtisasa giriş imkanı verir.

Təhsil proqramı seçimi sürətli və interaktiv onlayn müraciət prosesi ilə müşayiət olunur və beynəlxalq tələbələrin 160-dan çox məktəb və universitetə görünən yalnız bir ərizə sənədini doldurmasına imkan verir.

Müraciətə cavab, tələbələrin qalma müddətini ən qısa müddətdə hazırlamasına imkan verəcək bir vaxtda, 2021-ci ilin fevral-aprel ayları arasında veriləcək.

Namizəd özü bir ixtisas təklifini qəbul etmək qərarına gələnə qədər bu xidmət tamamilə pulsuzdur.

JPEG

publié le 11/11/2020

haut de la page