COVID-19 və Viza : Məlumat guşəsi

Viza şöbəsi fəaliyyətini dayandırdığı üçün səyahət edənlərin sualları yaranıb. Aşağıda sizə lazım olacaq məlumatlarla tanış ola bilərsiniz.

Hal-hazırda Fransadasınız və vizanızın müddəti bitmək üzrədir?

Vizanızın vaxtını uzatmaq və ya müvvəqəti yaşamaq üçün icazə üçün yaşayış yeri üzrə prefekturaya yaxınlaşa bilərsiniz. Müraciətin baxılması pulsuzdur.

Hal-hazırki viza müraciətinizə cavab verilməyib?

- Qısa müddətli viza: pulunuzun geri qaytarılmasından faydalana bilməyəcəksiniz, ancaq 30 sentyabr 2020-ci ilə qədər sizə buna bənzər səfər üçün müraciət etməyə icazə veriləcək. Viza rüsumlarından azadsınız, ancaq CAPAGO-nun xidmət haqqı ödənilməlidir.
- Uzun müddətli viza: əgər səyahətiniz tamamilə ləğv olunubsa, viza rüsümün geri qaytarılmasından faydalana bilərsiniz, ancaq CAPAGO-nun xidmət haqqı geri qaytarılmayacaq. visa.bakou-amba@diplomatie.gouv.fr vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Vizanı almısınız, ancaq səyahət edə bilmirsiniz?

- Qısa müddətli viza: 30 sentyabr 2020-ci ilə qədər sizə oxşar səfər üçün yenidən müraciət etməyə icazə veriləcək. Viza rüsumlarından azadsınız, ancaq CAPAGO-nun xidmət haqqı ödənilməlidir.
- Uzun müddətli viza: əgər səfəriniz digər vaxta təxirə salınıbsa, 30 sentyabr 2020-ci ilə qədər sizə buna oxşar səfər üçün yenidən müraciət etməyə icazə veriləcək. Viza rüsumlarından azad olursunuz, ancaq CAPAGO-nun xidmət haqqı ödəməli olacaqsınız.

Yeni müraciət üçün sadələşdirilmiş prosedur

Yeni planlaşdırılan səfər əvvəlki səfərə bənzəməlidir: eyni istiqamət, eyni səbəb, eyni müddət. Gediş 30 sentyabr 2020-ci il tarixinədək baş tutmalıdır. Yeni viza müraciəti pulsuzdur, ancaq CAPAGO-nun xidmət haqqı ödənilməlidir.

Müraciət aşağıdakı sənədlərdən ibarət olmalıdır:

- www.france-visas.gouv.fr-də yeni səfərlə bağlı məlumatlarla doldurulmuş blank,
- 1 ədəd qaydalara uyğun foto şəkil,
- Pasportunuzun surəti (istifadə olunmayan viza olarsa təqdim olunmalıdır),
- Əgər viza almısınızsa: ilkin səfərin ləğv olunduğunun sübut edən sənəd (əgər uçuş ləğv olunarsa turizm agentliyinin, hava yolları şirkətinin, dəvət edənin və ya Fransadakı təşkilatın təqdim etdiyi sənəd),
- Yeni səfər üçün lazım olan sənədlər (yerləşmə, səbəb, marşrut və s.),
- Səyahətçinin sığorta şəhadətnaməsi

publié le 19/03/2020

haut de la page