COVID-19: Biz birlikdə qalib gələcəyik [fr]

Əziz həmvətənlər, əziz Azərbaycanlı dostlar!

Fransa və Azərbaycan dünyanın digər ölkələri kimi xüsusilə çətin bir sınaq ilə üzləşirlər. Koronavirus pandemiyası Çində, İtaliyada, İspaniyada, Fransada, eyni zamanda ABŞda, İranda və bütün qitələrdə minlərlə insanın ölümünə səbəb olub. Növbəti bir neçə həftə çətin olacaq, çünki hələ epidemiyanın pik nöqtəsinə çatmamışıq. Həmdə iqtisadi nəticələri var və hamıya təsir edir.

Lakin hökumətlərimiz güclü tədbirlər qəbul etdilər və bunları tətbiq etməyə davam etmək lazımdır. İndi tənqid etmək zamanı deyil, həyatları xilas etmək lazımdır - xüsusən də yaşlıların. Sadə, lakin effektiv olan sanitariya-gigiyena tədbirlərinə riayət etməkdən başlayaraq kollektiv və fərdi olaraq öz məsuliyyətimizi öz üzərimizə götürməliyik: əlləri çox müntəzəm olaraq yumaq, mümkün qədər az çıxmaq, Covid-19 və s. uyğun simptomlar olduğu təqdirdə karantində olmaq.

Bu epidemiya cəmiyyətlərimizdə elmi və tibbi təcrübənin əhəmiyyəti haqqında, böhran dövründə vətəndaşların öz hökumətləri ilə münasibətlər, gözlənilməz və məhdudiyyətləri qəbul etmək üçün fərdi və kollektiv bacarığımız, icmalarımız və xalqlar arasında birlikdə həmrəy olmaq qabiliyyətimiz, bizi əhatə edən məlumatların keyfiyyəti barədə, kollektiv səbir, mənəvi gücümüz, həyat prioritetlərimiz haqqında bir çox suallar doğurur.

Özümüzə bütün suallar verilməliyik. Onlara cavab verməyə çalışmalıyıq. Hər hansı bir böhrandan sonra həmişə "təcrübə bölgüsü" aparmaq, növbəti böhrana daha yaxşı hazırlaşmağı, riskləri daha yaxşı təxmin etməyi bilmək lazımdır.
Burada səfərdə olan Fransızlar, xüsusən turistlər, təbii ki, bəziləri Fransa səfirliyinin və yerli hökümət orqanların köməyi ilə evlərinə qayıtdılar. Buna görə yerli hökümət orqanlarına təşəkkürümü bildirirəm.

Lakin Azərbaycanda yaşayan çoxsaylı Fransızlar burada qalmağı üstün tutdular. Çətinliklərə baxmayaraq burada qalmaq üçün edilən bu seçim, Bakının Fransız icmasının bu ölkəyə və uğurlarına bağlılığını göstərir. Bu, onların ölkədə həyata keçirilən tədbirlərə inamının sübutudur. Öz növbəsində, Fransanın Azərbaycandakı səfirliyi yeni kontekstə uyğunlaşır, lakin açıqdır və operativ fəaliyyət göstərir.

Buna görə də bu qlobal sanitar və iqtisadi böhranın olduğu bir dövrdə Fransanın, Avropanın və Azərbaycanın təbii, güclü və davamlı tərəfdaşlığını bir daha təsdiqləmək istərdim. Və birlikdə, Fransızlar, Azərbaycanlılar, Avropalılar, bu çətinliyi dəf edəcəyik.

Zakari Qros

JPEG

publié le 26/03/2020

haut de la page