CEFAM təhsil təqaüdlərinin təqdimatina həsr olunmuş ziyafət

Azərbaycan Dövlət İqtisad Universitetinin 5 azərbaycanlı tələbəsi gələn il Fransız-Amerikan Menecment Tədris Mərkəzində (CEFAM) bir semestr təhsil almaq üçün Fransaya gedəcəklər.

Onlar CEFAM və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilən müsabiqə yolu ilə seçiliblər. Müsabiqə "Azərbaycanın iqtisadi diversifikasiyası" mövzusunda inşa yazısı, dil bilikləri testi və fərdi müsahibələrdən ibarət idi.

4 ay müddəti (bir semestr) əhatə edən təhsil təqaüdləri Azərbaycandan gediş-gəliş biletini qarşılayır və hər ay 850 avro təklif edir.

Avropa İttifaqının Erasmus + Proqramı tərəfindən maliyyələşdirilən bu proqram, artıq yüksək səviyyədə olan fransız-azərbaycan universitet əməkdaşlığını daha da gücləndirir və Azərbaycanın gələcək elitar nəslinin hazırlanmasında Fransanın öhdəliyini vurğulayır.

Bu münasibətlə, Fransanın Azərbaycandakı səfirliyi CEFAM direktor müavini xanım Karin Şo və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, cənab Ədalət Muradovun iştirakı ilə, 5 qalib tələbəni və onların ailələrini 1 iyun 2016-cı il saat 19.30-da səfirliyin iqamətgahında təqaüdlərin rəsmi təqdimatına dəvət etdi.

JPEG
JPEG
JPEG
JPEG
JPEG

publie le 02/06/2016

hautdepage