Cənab Pyer Munye-Kün tərəfindən ADA və Fransız-Azərbaycan Universitetində konfrans

Cümə 7 sentyabr və bazar ertəsi 10 sentyabr 2018-ci il tarixində, Fransanın Azərbaycandakı Səfirliyi, Fransız İnstitutu, ADA və Fransız-Azərbaycan Universiteti Dr. Pyer Munye Kün tərəfindən verilən « Sivilizasiya tarixində rəqəmsal texnologiya » və « Yeni elmin yaranması » adlı iki konfrans təşkil etdilər. Konfranslar ingilis dilində, Fransanın Azərbaycandakı Səfiri xanım Oreliya Buşez, Əməkdaşlıq Müşaviri cənab Johan Şitterer, o cümlədən, mədəniyyət təşkilatlarının və Universitetlərin nümayəndələrinin iştirakı ilə baş tutdu.

20-ci əsrin informatika tarixindən danışarkən, Cənab Munye-Kün iki innovasiya prosesini analiz etdi : kompyuterin yaranması və informatikanın texnoloji və akademik tarixdə ortaya çıxması. O həmçinin, “elmdə innovasiya” probleminin vacib olduğundan söz açdı və bu sualı, 1960-cı ildə təzəlikçə mövcud olmağa başlayan və 50 ildən az bir müddətdə hakim akademik sahəyə çevrilən informatika sahəsindən nümunələrə müraciət edərək cavabladı.

Pyer Munye Kün Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı, həmçinin Aleksand Koyre Mərkəzinə bağlı araşdırmaçıdır (CNRS-EHESS). O, « Ecole Centrale-Supélec » ali məktəbində elmi və texniki tarix fənnindən dərs deyir. O, informatikanın tarixi barədə 60-dan çox məqalə yazmış (elm, sənaye, hökumət siyasəti) və rəqəmsal texnologiyalar, silahlar, patent və telekommunikasiya tarixləri haqqında bir sıra beynəlxalq konfranslar təşkil etmişdir.
O, üç kitab müəllifidir :

• İkinci Dünya Müharibəsindən Mühasibat Planına qədər Fransada informatika. Bir elmin yaranması, Paris-Sorbon Universitetinin Mətbuatı (2010)
• Canlı xatirələr. BNP Paribasda informatikanın 50 ili, Paris, BNP Paribas (2013).
• (Emmanuel Lazard ilə) İnformatikanın illüstrasiyalı tarixi, Paris, EDP Sciences (2016).

publié le 09/10/2018

haut de la page