Cənab Məhərrəm Orucovun Fransanın Akademik Palma ordeni ilə təltif olunması

Cümə axşamı 17 sentyabr, Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye, Gəncə Dövlət Universitetinin fransız dili kafedrasının müdiri cənab Məhərrəm Orucovu Fransa Hökumətinin Akademik Palma ordeni ilə təltif etmişdir.

Bu təqdimatla, Fransa Respublikası onun Azərbaycanda Fransız dili və mədəniyyətinin təşviqinə nümunəvi sadiqliyini alqışlamaq istəmişdir. 35 il ərzində, cənab Orucov Gəncədə və Qazaxda fransız dilinin tədrisində fəal iştirak edir. Onun səyləri sayəsində son 2 ildə, Gəncə Dövlət Universitetində fransızdilli tələbələrin sayı iki dəfə artıb.

Akademik Palma ordeninin təqdimatı mərasimində Gəncə Dövlət Universitetinin rektoru cənab Yusif Yusibov, eləcə də universitetin bütün fransız dilli müəllimləri və tələbələri iştirak etdilər.

publie le 08/10/2015

hautdepage