Cənab Məhəmməd Ketatanın Bakıya səfəri

Mərkəzi və Şərqi Avropa bürosunun (BECO) və Frankofoniya Universitet Agentliyinin (AUF) direktoru cənab Məhəmməd Ketatanın Bakıya səfəri.

Cənab Ketatanın, xanım Səfir Orelia Buşezin və Azərbaycan Dillər Universitetinin rektoru Əfqan Abdullayevin iştirakı ilə « Akademik Müvəffəqiyyət Mərkəzi »nin rəsmi açılışı oldu. Mərkəzin məqsədi bir tərəfdən, fransız dilini təşviq etmək və Frankofoniyanı Azərbaycanlılara daha yaxından tanıtdırmaq və digər tərəfdən isə kollokviumlar, seminarlar, tədris proqramları təşkil etməklə, gənc azərbaycanlı frankofonları iş tapmaqda dəstək göstərməkdir.

Cənab Məhəmməd Ketata Fransa səfirliyinin igamətgahında təşkil olunun nahar zamanı Azərbaycan universitetlərin nümayəndələri və rektorları, həmçinin frankofon ölkələrin səfirləri ilə görüşdü. Cənab Ketata həmçinin Fransız İnstitutunun (İFA) və Fransız-Azərbaycan Universitetinin (UFAZ) rəhbərləri ilə görüşmüşdür.

Frankofoniya Universitet Agentliyi 5 qitə üzərində fransız dilini istifadə edən 800-dən artıq universiteti nəzdində toplayır və 100-dən artıq ölkədə fəaliyyət göstərir. Mərkəzi və Şərqi Avropa bürosu isə 24 ölkədə 109 üzv universiteti birləşdirir.

publie le 07/04/2017

hautdepage