Bu gün səhər Müdafiə Şurasınından sonra Fransa Respublikası Prezidentinin çıxışı

Əziz həmvətənlərim,

Dünən Parisdə və Sen-Denidə baş verənlər bir müharibə aktıdır.
Bu müharibəyə qarşı ölkə müvafiq qərarlar qəbul etməlidir.

Bu, Fransaya və Fransanın bütün dünyada müdafiə etdiyi dəyərlərə qarşı, bütün dünyanın danışdığı kimliyimizə - azad ölkəmizə qarşı İŞİD terror ordusu tərəfindən törədilən bir müharibə aktıdır.

Bu, daxili əlbirliyi ilə xaricdən hazırlanmış, təşkil olunmuş, planlaşdırılmış bir müharibə aktıdır. Bu əlbirliyini istintaq üzə çıxaracaqdır.
Bu, tamamən bir barbarlıq aktıdır.
Bu anda, 127 ölü və xeyli sayda yaralı var.

Ailələr kədər və iztirab içindədirlər.
Ölkə əzab içindədir.
3 günlük milli matəm elan edilmişdir.

Vətəndaşlarımızı və torpaqlarımızı müdafiə etmək üçün bütün tədbirlər görülüb.
Ehtiram göstərdiyim daxili təhlükəsizlik qüvvələri və ordu, imkanlarının ən yüksək səviyyələrində səfərbər olmuşdur.
Mən, bütün tədbirlərin gücləndirilməsinə nəzarət edirəm.
Qorxaqcasına, biabırcasına və zorakılıqla hücuma məruz qalan Fransa, İŞİD-in barbarlarına qarşı acımasız olacaq və müttəfiqlərin müşavirəsi ilə, bütün daxili və xarici meydanlarda, qanun çərçivəsinə müvafiq vasitələrlə hərəkət edəcək.
Ölkəmiz üçün belə ağrılı, ciddi və həlledici bu dövrdə, soyuqqanlıqla, vahid birləşməyə çağırıram.

Mən, bazar ertəsi, Versay sarayında iclasa toplanan Parlamentə müraciət edəcəm.
Fransa güclüdür, hətta yaralı olsa da, o, həmişə ayağa qalxır. Kədər bizi mühasirəyə alsa da, heç nə onu yıxa bilməz.

Fransa barbarlıq üzərində qələbə çalacaq.
Bizim müdafiə etdiyimiz bizim vətənimiz, insanlıq dəyərlərimizdir.
Fransa öz məsuliyyətini daşıyacaqdır.

Yaşasın Respublika, Yaşasın Fransa.

publie le 14/11/2015

hautdepage