Bordo və Bakı şəhərlərinin qardaşlaşmasının 40 illiyi.

Fransanın Azərbaycandakı Səfiri cənab Zakari Qros, 29 noyabr tarixində, Bordo və Bakı şəhərlərinin qardaşlaşmasının 40 illiyi münasibətilə Nobel qardaşlarının tarixi məkanı olan Villa Petroleada ziyafət təşkil etdi. Ziyafətin fəxri qonağı Bakı şəhərinin icra hakimiyyətinin başçısı cənab Eldar Əzizov oldu.

Bordo şəhərinin məşhur şərablarının dequstasiyası, somelye Aygün Atayeva tərəfindən tədbirin 50 nəfər qonağına təqdim edildi. Fransa səfiri, çıxışı zamanı Bordo şəhərinin həm institusional, həm iqtisadi, həm də mədəni səviyyədə cəlbediciliyini vurğuladı.
Bundan əlavə, tədbir vaxtı Bordo şəhərinin icra başçısı cənab Nikola Florianın bu münasibətlə göndərdiyi mesajı səsləndirildi.

Bu ziyafət, siyasi, iqtisadi və mədəni sahələrdən olan yüksək vəzifəli şəxsləri bir araya gətirdi.

publié le 20/01/2020

haut de la page