Birinci Dünya müharibəsinin (11 noyabr 1918 ) bitməsi münasibəti ilə anım tədbiri

Noyabrın 11-də Fransa Birinci Dünya müharibəsi (1914-1918) zamanı onun uğrunda həlak olanlarını yad edir. Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros-un, Bakı Fransız liseyinin baş meneceri cənab Mirsahib Musayev-in, liseyin direktoru cənab Filip Siro-nun iştirakı ilə Birinci Dünya Müharibəsinin bitməsinin 101 illiyi ilə əlaqədar Bakı Fransız liseyində həmçinin anım mərasimi keçirildi. Tədbirdə şagirdlər tərəfindən şeirlər oxundu, Fransa və Azərbaycan himnləri səsləndirildi.

Səfir aşağıdakı nitqi söylədi:

« Cənab Direktor,
Cənab Baş menecer,
Xanımlar və Cənablar,
Hörmətli lisey şagirdləri!

1914-1918-ci illərdə milyonlarla insan Avropanın bir hissəsinin digər hissəsinə qarşı olan müharibədə həlak oldu. Səngərlərdə, soyuqda, palçıqda, pis hava şəraitində, aclıqda davam edən dəhşətli müharibə idi.

Müharibənin səbəbləri mürəkkəbdir, millətçilik, istilalar və qələbə istəkləri ilə bağlı idi. Bu 2-ci dünya müharibəsində olduğu kimi Xeyirin şərə qarşı bir müharibəsi deyildi. Bu, dövlətlərin dövlətlərə, imperiyaların imperiyalara, Fransa və müttəfiqlərinin Almaniya və onun müttəfiqlərinə qarşı olan bir müharibə idi.

Fransada deyildiyi kim"Böyük Müharibədən" sonra kişilər və qadınlar bunun «der des der », yəni ən son müharibə olacağına ümid edirdilər.

Lakin bu belə deyildi, Fransa ilə Almaniya arasında barışıq baş verməmişdən öncə başqa bir dəhşətli dünya müharibəsidə baş verdi.

O vaxtdan bəri Fransa və Almaniya dost ölkələrə çevrildi, eyni İttifaqın, Avropa İttifaqının üzvüdürlər.

Bu gün Birinci Dünya müharibəsinin bitməsini qeyd edirik. Biz qələbəni deyil, vətəni uğrunda vuruşan, həlak olan və ya yaralanan və ölkəsi və dünya üçün daha yaxşı bir gələcək arzulayan kişi və qadınların xatirəsini yad edirik.

Hamınıza müharibəsiz bir dünya, daha gözəl bir dünya arzulayıram."

publié le 27/11/2019

haut de la page