Beynəlxalq qadın hüquqları günü (8 mart 2017-ci il )

40-cı Beynəlxalq qadın hüquqları Günü münasibətilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf naziri Cənab Jan-Mark Ayro və Ailə, Uşaq və Qadın hüquqları üzrə nazir Xanım Lorans Rossinol Ke d’Orse - də Quai d’Orsay (Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf nazirirliyi) bütün sahələrin görkəmli şəxsiyyətlərini bir araya gətirəcək yüksək səviyyəli tədbirə həmsədrlik edəcəklər.

Tədbirin bağlanış mərasimində Respublika Prezidentinin iştirakı "Paris andı" mətninin təqdimatı üçün bir fürsət olacaqdır. Bu mətn qadınların bütün dünyada cinsi, fiziki, psixoloji zorakılıqların qurbanı olduqları bir dövrdə beynəlxalq ictimaiyyəti qadın hüquqları naminə səfərbərliyə çağırır.

Fransa qadın hüquq və azadlıqlarını və həmçinin bütün məsuliyyətli vəzifələrdə onların iştirakını müdafiə edir. Fransa qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparır. BMT Təhlükəsizlik Şurasının "Qadınlar, sülh və təhlükəsizlik" programmının həyata keçirilməsi üçün Fransa səfərbərlik nümayiş etdirir. Fransa həmçinin təhsil müəssisələrində gender zorakılığına qarşı səfərbər olan hər kəsi dəstəkləyir.

Fransa 2013 - 2017-ci illər üçün təyin edilmiş "gender və inkişaf" strategiyasını həyata keçirir. Məqsəd - bütün inkişaf və həmrəylik siyasətlərində qadınlar və kişilər arasındakı bərabərliyi təmin etməkdir.

Beynəlxalq qadın hüquqları günü münasibətilə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, azərbaycanlı qadın rəssamların və aktrisaların istedadlarına xüsusi ehtiram göstərmək üçün onları dostcasına nahara dəvət etdi.

JPEG
JPEG

publie le 08/03/2017

hautdepage