Beynəlxalq fransız dili müəllimləri günü münasibətilə dörd azərbaycan fransız dili müəlliminin Akademik Palma ordeni ilə təltif edilmə mərasimi. [fr]

28 noyabr 2019-cu il tarixində, Beynəlxalq fransız dili müəllimləri günü münasibətilə Fransanın səfiri cənab Zakari Qross, Təhsil Nazirinin müavini xanım Məhəbbət Vəliyevanın, Millət vəkili xanım Elmira Axundovanın və Azərbaycan Dillər Universitetinin prorektoru, Azərbaycan Respublikasının sabiq Baş naziri cənab Novruz Məmmədovun iştirakı ilə dörd azərbaycan fransız dili müəlliminə Akademik Palma ordeni təqdim etdi.

Müəllim və Fransa səfirliyində 25 il iş fəaliyyəti göstərən, fransız dilinin tədrisində nümunəvi rolu olan xanım Azelma Həsənova Akademik Palma ordeninin ofiser rütbəsi ilə təltif olunmuşdur.
Naxçıvan Dövlət Universitetinin roman dilləri fakültəsinin rəhbəri xanım Məhsəti Əsgərova, Azərbaycanda Fransız İnstitutunun müəllimi, Qırmızı Xaç təşkilatında 17 il tərcüməçi işləmiş cənab Rafiq Əsgərova və fransız dili müəllimi eləcə də Bakının 30 ildən artıq frankofon mədəni həyatının parlaq iştirakçısı xanım Afaq Quliyeva Akademik Palma ordeninin Kavalye rütbəsi ilə təltif olmuşlar.

publié le 02/12/2019

haut de la page