Beynəlxalq fransız dili Müəllimi günü : Dəyirmi masa “İnnovasiya və yaradıcılıq qabiliyyəti” – Azərbaycan Dillər Universiteti – 28 noyabr 2019.

Beynəlxalq fransız dili Müəllimi günü münasibətilə Azərbaycan Dillər Universitetində azərbaycan fransız dili müəllimləri və gələcəkdə müəllim fəaliyyətinə başlayacaq tələbələr üçün “İnnovasiya və yaradıcılıq qabiliyyəti” mövzusunda konfrans keçirilmişdir.

Tədbir Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan fransız dili müəllimləri cəmiyyəti (APFAZ), Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutu tərəfindən təşkil edilmişdir.

Tədbirin açılışında ADU-nun elmi işlər üzrə prorektoru, Azərbaycan Respublikasının sabiq Baş naziri Cənab Novruz Məmmədov, Fransanın səfiri Cənab Zakari Qross, Təhsil nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin direktoru Nicat Məmmədli çıxış etmişdirlər.

Tədbir bir tərəfdən fransız dilinin tədrisində istifadəsi nəzərdə tutulan yeni rəqəmsal və audio-vizual tədris vasitələrinə digər tərəfdən isə Azərbaycanda fransız dilinin tədrisində vacib işlər həyata keçirən bir neçə mütəxəssisin təqdimatına həsr olunmuşdur.

Konfransın birinci hissəsində Fransa səfirliyinin Əməkdaşlıq və Mədəni işlər üzrə müşaviri Jerom Kel istifadəsi pulsuz olan və minlərlə pedaqoqika və dilçilik üzrə tədris vasitələri (EduScol, CIEP, RFI, Culturethèque, Canopé, və s.) təqdim edən FRED (www.franceducation.fr) platformasını, ADU-nun fransız dili fonetikası və qrammatikası kafedrasının rəhbəri Ülfət İbrahim isə « RFİ savoirs » və TV5 saytlarında təmənnasız şəkildə istifadəsi nəzərdə tutulan tədris vasitələrinin nümayişini etdilər.

Konfransın ikinci hissəsində, APFAZ-ın direktoru xanım Çəmən Babaxanova 1996-cı ildə yaradılmış və bu günədək böyük uğurlara imza atmış (dərsliklər, peşə təlimləri, müəllimlər üçün « Village français » və s.) cəmiyyəti, ADU-nun fransız dili leksikoloqiyası və stiliskası kafedrasının rəhbəri Xanım Gülnarə Sadıxova isə Frankofon Universitetləri Agentliyinin (AUF) dəstəyi ilə yaradılmış Fransız dili və mədəniyyəti mərkəzinin müəllimlər üçün keçirdiyi müntəzəm təlimləri və mərkəzin ümumi fəaliyyətini təqdim etdilər.

publié le 11/12/2019

haut de la page