Behance Portfolio Review Fransız İnstitutunda [fr]

Şənbə 25 noyabr tarixində, Fransız İnstitutu “Behance Portfolio Review » tədbirinə ev sahibliyi etdi. Sayt və xidmətlər şəbəkəsi olan Behance, qrafist və yaradıcıların özlərini tanıtması məqsədilə yaradılıb. İldə iki dəfə, dünyanın hər yerində könüllülər tərəfindən təşkil olunan Behance Portfolio həftəsi, seçilən şəxslərin mədəniyyət ekspertlərindən ibarət olan jüri qarşısında öz işlərini təqdim etmək imkanı verir.

25 noyabr tarixində altı nəfər azərbaycanlı yaradıcı gənc jüri önünə çıxdı : Selcan Qurbanova, Babək Otrok, Lalə Qasım, Ehtiram Cəbi, Səbinə Quliyeva və Nəzrin Musayeva.

Jüri, Fransanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq Müşaviri Yohan Şitterer, dizayenr və Proxima-nın yaradıcısı Şamil Ramazanov, rəssam və kurator Sabina Şıxlinskayadan ibarət idi və seçilən altı gəncdən üçünü mükafatlandırdılar.

Biz də öz növbəmizdə Lalə Qasım, Ehtiram Cəbi və Selcan Qurbanovanı təbrik edirik!

Behance Portfolio Review à l'IFA
Behance Portfolio Review à l'IFA
Behance Portfolio Review à l'IFA

publie le 29/11/2017

hautdepage