Bakutel 2018 sərgisində Fransa pavilyonu

Əvvəlki illərdə olduğu kimi bu il də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası
Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”-də Fransanın milli pavilyonunu təşkil etmişdir. Bakutel sərgisi Cənubi Qafqaz regionunda bu sahənin mütəxəssislərinin görüşdüyü ən mühüm tədbirdir.

Bu ilki sərgidə Fransa pavilyonunda Schneider Electric və Thales şirkətləri təmsil olunmuşdur. Sərgi zamanı bu şirkətlər Fransanın Azərbaycandakı Səfiri Oreliya Buşezin iştirakı ilə öz məhsullarını Prezident İlham Əliyevə təqdim etdilər.

publié le 06/12/2018

haut de la page